“Haradan Başlamalı” kitabı, adından da göründüyü kimi, insanın özünü inkişaf etdirmək və həyatında doğru istiqaməti tapmaq üçün ilk addımlarını göstərir. Kitabda daxili təmizlənmə, məqsəd müəyyənləşdirmə, əxlaq və mənəvi dəyərlər üzərində dayanılır. Oxucuya həyatda düzgün seçimlər etmək, Allah qarşısında məsuliyyətini dərk etmək və ruhani yolunu başlamaq üçün praktik məsləhətlər verilir.